Beynəlxalq Cüdo Federasiyası (IJF) Dünya turunda hansı cüdoçunun daha çox medal qazanması ilə bağlı sorğu keçirir.
İdman.biz xəbər verir ki, siyahıda Rüstəm Orucovun da adı var.
Azərbaycanlı cüdoçu karyerası ərzində beynəlxalq arenada 10 qızıl, 11 gümüş və 20 bürünc medal qazanıb. O, Olimpiadanın gümüş mükafatçısı, iki dəfə dünya çempionatlarının gümüş medalçısı və Avropa çempionatının qalibi olub.
Siyahıda ikiqat olimpiya çempionu çexiyalı Lukas Krpalek (25-12-23) və dünya çempionu macarıstanlı Kristian Tothun (10-18-20) adları da var.
İdman.biz