Bakı İdman Sarayında qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı davam edir.
İdman.biz xəbər verir ki, yarışın ikinci günündə daha 7 çəki dərəcəsində mükafatçılar bəlli olub.
112 cüdoçu medallar uğrunda mübarizə aparıb. Qadınlar arasında Leyla Əliyeva (48 kq), Xədicə Qadaşova (52 kq) və Açelya Toprak (57 kq) qızıl medallara sahib olublar. Kişilər yarışında isə Zelim Tçkayev (81 kq), Murad Fətiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşanqi Kokauri (+100 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.
Bir gün öncə 7 çəkidə mükafatçılar dəqiqləşib.
Qeyd edək ki, sabah komanda yarışları keçiriləcək.
İdman.biz