Cüdoçumuz Avropa çempionatında mübarizəni dayandırdı - YENİLƏNİB

4 Sentyabr 2026 16:58
826
Cüdoçumuz Avropa çempionatında mübarizəni dayandırdı - YENİLƏNİB

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının ikinci günü başa çatıb.

İdman.Biz xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Cəsur İbadlı təsəlliverici görüşdə məğlub olub.

Beləliklə, cüdoçumuz Avropa çempionatını yeddinci pillədə başa vurub.

Qeyd edək ki, Avropa çempionatı sentyabrın 6-da başa çatacaq.

15:51

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Cəsur İbadlı 1/4 finalda Monteneqro təmsilçisi Stevan Sadikuyə məğlub olub.

Cüdoçumuz mübarizəni davam etdirəcək və təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatı sentyabrın 6-da başa çatacaq.

15:00

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Cəsur İbadlı 1/8 finalda Gürcüstan təmsilçisi Tornike Vaxtanqadzeni yuko xalı ilə məğlub edib.

Cüdoçumuz bununla da yarışın 1/4 finalına yüksəlib.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatı sentyabrın 6-da başa çatacaq.

13:59

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan təmsilçiləri Əbil Yusubov və Mehdi Abbasov mübarizəni dayandırıblar.

İdman.Biz xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Əbil Yusubov 1/16 finalda fransalı Kassim Brossaya uduzub.

81 kq çəkidə mübarizə aparan Mehdi Abbasov isə 1/8 finalda israilli Şahaf Levinə məğlub olub.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatı sentyabrın 6-da başa çatacaq.

12:39

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, Mehdi Abbasov (81 kq) 1/16 finalda Monteneqro təmsilçisi Petar Payoviçə kansetsu-vaza texnikası ilə qalib gələrək 1/8 finala yüksəlib.

Cəsur İbadlı (-81 kq) isə ukraynalı Sergey Karakini yuko xalı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatı sentyabrın 6-da başa çatacaq.

10:57

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının ikinci günündə Azərbaycanın üç cüdoçusu tatami üzərinə çıxacaq.

İdman.Biz xəbər verir ki, kişilər arasında 73 kq çəki dərəcəsində Əbil Yusubov 1/16 finalda fransalı Kassim Brosso ilə qarşılaşacaq.

81 kq-da mübarizə aparan Cəsur İbadlı 1/16 finalda Yaqor Talaka (Belarus) - Sergey Karakin (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək.

Eyni çəkidə Mehdi Abbasov isə 1/16 finalda Monteneqro təmsilçisi Petar Payoviçlə qarşılaşacaq.

Təsnifat mərhələsi saat 11:30-da, final bloku isə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatı sentyabrın 6-da başa çatacaq.

Xatırladaq ki, turnirin ilk günündə mübarizə aparan Azərbaycan cüdoçularından 60 kq çəki dərəcəsində Ayxan Mirzəzadə, 66 kq-da isə Məhəmməd Musayev qızıl medal qazanıb, 48 kq-da Nərgiz Əhmədova və Gülgəz Musayeva, 52 kq-da Aysun Məmmədova, 57 kq-da isə Aytən Verdiyeva və Xədicə Qədəşova məğlub olublar.

İdman.Biz