Azərbaycanın yeniyetmə cüdoçuları Polşada yeddi medal qazanıblar

30 Avqust 2026 18:15
127
Azərbaycanın yeniyetmə cüdoçuları Polşada yeddi medal qazanıblar

Azərbaycanın yeniyetmə cüdoçuları Polşanın Krakov şəhərində keçirilən beynəlxalq turnirdə yeddi medal qazanıblar.

İdman.Biz Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, U-18 yaş kateqoriyasında mübarizə aparan təmsilçilərimiz üç qızıl, iki gümüş və iki bürünc medala sahib olublar.

Əli Abdullayev (60 kq), Hüseyn Şıxəliyev (66 kq) və Ömər Atayev (81 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Dünyamalı Asdanlı (66 kq) və Ruslan Kazımov (+90 kq) gümüş, Rəvan Məmmədli (55 kq) və Əli Cəfərov (66 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, beynəlxalq turnirdə 23 ölkənin təmsilçiləri iştirak edirlər. Yarışda U-16 və böyüklər kateqoriyalarında da qalib və mükafatçılar müəyyənləşəcək.

İdman.Biz