Cüdo üzrə kişi yığması Şamaxıda hazırlıqlarını davam etdirir - FOTO

Xəbərlər
26 Dekabr 2025 16:18
49
Cüdo üzrə kişi yığması Şamaxıda hazırlıqlarını davam etdirir - FOTO

Kişi cüdoçulardan ibarət Azərbaycan yığması Şamaxıda ilin son təlim-məşq toplanışını keçir.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Təlim düşərgəsinin əsas məqsədi komandanın ümumi fiziki durumunu gücləndirməkdir.

Bundan əlavə, hazırlıq prosesinin məqsədi cüdoçuların qarşıdakı beynəlxalq turnirlərə optimal formada hazırlaşmasıdır.

İdman.Biz