Dekabrın 21-də 17 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. Yarışın son günündə komanda qarşılaşmaları təşkil olunub. Turnir Abşeron Olimpiya İdman Kompleksində baş tutub.
İdman.Biz xəbər verir ki, komanda yarışlarında oğlanlar arasında 8, qızlarda isə 7 kollektiv mübarizə aparıb.
Oğlanların yarışında Bakı şəhəri 2 nömrəli RİOEUGİM birinci yeri tutaraq çempion olub. Bakı şəhəri 13 nömrəli İOEUGİM ikinci yerlə kifayətlənib. Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ və “Judo Club 2020 İK” komandaları üçüncü yeri bölüşüblər.
Qızların komanda yarışlarında isə Bakı şəhəri 13 nömrəli İOEUGİM fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. RKİM ikinci yerin sahibi olub. Sumqayıt şəhəri 2 nömrəli UGİŞM və “Judo Club 2012” komandaları bürünc mükafatlara layiq görülüblər.
Beləliklə, U-17 yaş kateqoriyası üzrə ölkə birinciliyi komanda yarışları ilə yekunlaşıb və mövsümün ən güclü kollektivləri müəyyənləşib.
