Bu gün cüdo üzrə 17 yaşadək yeniyetmələr arasında Azərbaycan birinciliyi start götürəcək - VİDEO

Xəbərlər
18 Dekabr 2025 10:55
50
Bu gün cüdo üzrə 17 yaşadək yeniyetmələr arasında Azərbaycan birinciliyi start götürəcək - VİDEO

Bu gün cüdo üzrə 17 yaşadək yeniyetmələr arasında Azərbaycan birinciliyi start götürəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə 90 klub və idman cəmiyyətindən 513 cüdoçu (362 oğlan, 151 qız) ümumilikdə 16 çəki dərəcəsində mübarizə aparacaq.

Dekabrın 18-20-də fərdi mübarizə, 21-də isə komandalararası yarış baş tutacaq.

Qeyd edək ki, görüşlər hər gün saat 11:00-da start götürəcək.

Tatami 1:

Tatami 2:

Tatami 3:

İdman.Biz