11–12 oktyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Açıq Asiya Turniri keçiriləcək.
İdman.biz bildirir ki, ölkəmizi yarışda ümumilikdə 12 çəki dərəcəsində 25 cüdoçu (18 kişi, 7 qadın) təmsil edəcək.
İdmançılarımıza kişilərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik və qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa-Herkenrat-Vimar rəhbərlik edəcək.
Qeyd edək ki, turnirdə 10 ölkədən 251 idmançı (159 kişi, 92 qadın) qüvvəsini sınayacaq.
Heyəti təqdim edirik:
Kişilər
-60 kq
Hüseyn Allahyarov
Amin İsmayılov
Murad Muradlı
Babarəhim Mirzəyev
-66 kq
Kənan İsmayılov
Tofiq Məmmədov
Elşən Əsədov
Bəhram Qurbanlı
Qasım Vəlizadə
-73 kq
Kamran Süleymanov
İbrahim Əliyev
Rüfət Şövlətov
Nəriman Mirzəyev
-81 kq
Cəsur İbadlı
Mehdi Abbasov
-90 kq
Naim Hüseynov
-100 kq
Elmar Qasımov
+100 kq
Camal Feyziyev
Qadınlar
-48 kq
Diana Tçkayeva
-52 kq
Gültac Məmmədəliyeva
-57 kq
Ülviyyə Bayramova
-70 kq
Südabə Ağayeva
Aytac Qardaşxanlı
-78 kq
Günel Həsənli
Nərmin Əmirli