Perunun paytaxtı Limada cüdo üzrə gənclər arasında dünya çempionatı start götürüb.
İdman.biz xəbər verir ki, ilk yarış günündə bir cüdoçumuz fəxri kürsüyə qalxıb. -66 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Musayev üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Nizami İmranova qalib gələrək bürünc medal qazanıb.
Qeyd edək ki, dünya çempionatına 65 ölkədən 463 idmançı qatılıb.