Həndbol üzrə avrokubokların 2024/25 mövsümünün bütün iştirakçılarının siyahısı açıqlanıb.
İdman.biz xəbər verir ki, Azərbaycan qitə kuboklarında 5 komanda ilə təmsil olunacaq.
Təmsilçilərimizin hamısı Avropa kubokunda mübarizə aparacaq. “Kür” və “Bakı” kişilərin, “Qarabağ”, “Kür” və “Azəryol” qadınların turnirində qüvvəsini sınayacaq.
Avropa kubokunun püşkü iyulun 16-da atılacaq. Komandalarımız yarışa 2-ci mərhələdən start verəcək. Kişilərin turnirində bu raund oktyabrın 19-20-də və 26-27-də, qadınlarda oktyabrın 5-6-da və 12-13-də keçiriləcək.
Qeyd edək ki, Avropa kubokunda 63 kişi və 64 qadın komanda çıxış edəcək.
İdman.biz