Azərbaycan akrobatlarından Avropa çempionatında 2 qat final

Xəbərlər
19 Oktyabr 2023 19:38
135
Azərbaycan akrobatlarından Avropa çempionatında 2 qat final

Bolqarıstanın Varna şəhərində akrobatika üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan gimnastları iki növdə finala yüksəliblər.

Qarışıq cütlüklərin yarışında Ağasif Rəhimov və Raziyə Seyidli təsnifat mərhələsində ən yaxşı nəticəni (28.610) göstərərək, temp hərəkətləri növündə finalına çıxıblar.

Kişilər arasında Daniel Abbasov - Murad Rəfiyev dueti medallar uğrunda mübarizə aparacaq. Təsnifat mərhələsində onlar 28.130 xal toplayaraq, tarazlıq hərəkətlərində ikinci olublar.

Qeyd ki, ötən gün yeniyetmələr arasında yarışda çıxış edən Nəzrin Zeyniyeva, Zöhrə Rəşidova və Anahit Bəşirlidən ibarət qadınlardan ibarət qrup gümüş medal qazanıb.

Nicat Zəkiyev

İdman.biz