Mixail Malkin Dünya kubokunun qalibi olub

Xəbərlər
7 İyul 2024 20:43
863
Mixail Malkin Dünya kubokunun qalibi olub

Tamblinq üzrə ikiqat dünya çempionu Mixal Malkin Portuqaliyanın Koimbre şəhərində keçirilən Dünya kubokunda qalibi olub.

İdman.biz xəbər verir ki, o, final mərhələsində 31,100 xal yığaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Malkin yerli idmançı Vasko Peso (30,500 xal) və amerikalı Kaden Braunu (29,800 xal) qabaqlayıb. Azərbaycanın daha bir gimnastı Tofiq Əliyev isə 29,700 xalla yarışı 4-cü pillədə bitirib.

Dünya kuboku ilə yanaşı, Koimbredə "Coimbra Gym Fest" turniridə keçirilir. Gənclərin çıxışında azərbaycanlı tamblinqçi Aleksey Karataşev qızıl medal qazanıb.

İdman.biz