Azərbaycan birinciliyində 130 gimnast

Xəbərlər
24 İyun 2024 13:42
407
Azərbaycan birinciliyində 130 gimnast

Tərtər Olimpiya Kompleksində keçiriləcək bədii gimnastika üzrə 29-cu Azərbaycan birinciliyinə 130 idmançı qatılacaq.

İdman.biz xəbər verir ki, iyunun 28-29-da baş tutacaq yarışın iştirakçı sayını Azərbaycan Gimnastika Federasiyası açıqlayıb.

Birincilikdə Olimpiya Ehtiyatları Gimnastika Məktəbinin, Respublika Kompleks İdman Məktəbinin, Gəncə, “Ocaq Sport”, “Qratsiya” klublarının, “Kür” Mərkəzinin, Şağan və Şirvan Olimpiya Komplekslərinin, “Zirə” mədəniyyət mərkəzinin və Şəmkir Gənclər Evinin gimnastları iştirak edəcəklər.

Ölkə birinciliyi uşaqlar və yeniyetmələr arasında keçiriləcək. Kiçik yaşlı gimnastlardan ibarət komandalar da qrup hərəkətlərində bacarıqlarını nümayiş etdirəcəklər.

İdman.biz

Məqalədə: