Azərbaycan gimnastları Qran-pridə iştirak edəcəklər

Xəbərlər
28 Mart 2024 11:56
130
Azərbaycan gimnastları Qran-pridə iştirak edəcəklər

Azərbaycan bədii gimnastları Fransanın Tiye şəhərində keçiriləcək 35-ci Beynəlxalq Qran-pri yarışında iştirak edəcəklər.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti açıqlayıb.

Azərbaycan Gimnastika Federasiyasının idman direktoru Natalya Bulanova, bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Siyana Vasilevanın rəhbərliyi altında qrup hərəkətləri üzrə komandamızın üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya, Sorokina, Ləman Əlimuradova, Zeynəb Hümmətova, həmçinin fərdi gimnast İlona Zeynalova qatılacaqlar.

Qran-pridə milli komandanın xoreoqrafı Akif Kərimli, məşqçi Nigar Musazadə, beynəlxalq dərəcəli hakimlər Yevgeniya Vilyayeva və Nigar Abdusalimova da yarışda ölkəmizi təmsil edəcəklər.

İdman.biz

Məqalədə: