Aerobika yığmasının Portuqaliya sınağı

Xəbərlər
20 Mart 2024 13:08
171
Aerobika yığmasının Portuqaliya sınağı

Aerobika gimnastikası üzrə Azərbaycan yığması "12-ci Cantanhede beynəlxalq açıq yarışı"nda iştirak çıxış edəcək.

İdman.biz xəbər verir ki, bu gün Portuqaliyada start götürəcək turnir martın 24-də başa çatacaq.

Milli komandanın baş məşqçisi Mariyan Kolevin rəhbərliyi altında beynəlxalq yarışda gimnastlarımız Arzu Ağayeva, Leyla Bejanova, Sənəm Kazımova, Sara Əlixanlı, Dilarə Qurbanova, Fidan İbrahimova, Leyla Əhmədova, Evelina Kozlovskaya, Məryəm Topçubaşova, Xədicə Quliyeva çıxış edəcəklər.

Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli hakim Lalə Hüseynova ədaləti qoruyacaq.

İdman.biz