Qolf üzrə "Zəfər" turnirinin açılış mərasimi keçirilib - FOTO

Xəbərlər
7 Oktyabr 2023 11:27
Qolf üzrə "Zəfər" turnirinin açılış mərasimi keçirilib - FOTO

Xəyal adasında (Dreamland) qolf üzrə "Zəfər" turnirinin açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, mərasimdə əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Ardınca gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov, Türkiyə Qolf Federasiyasının prezidenti Yıldırım Demirören və Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı çıxış edərək yarışı 30 illik həsrətə son qoyan Qarabağ Zəfərinə həsr olunduğunu qeyd ediblər.

Bildirilib ki, yarışın iki ölkənin qolf federasiyaları arasında əlaqələri daha da möhkəmlənəcək və ənənəvi hal qalacaq. Turnirin gələn il isə qardaş ölkədə keçiriləcək.

Rəsmi çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Qonaqlara maraqlı rəqs nümunələri, həmçinin Şuşa ilə bağlı videoçarx təqdim olunub.

Qeyd edək ki, turnirdə Azərbaycan və Türkiyədən ümumilikdə 72 idmançının iştirak edəcək.

İdman.biz