Lyuis Hemilton niyə ailə qurmadığını izah edib

Xəbərlər
17 Sentyabr 2025 20:38
30
Lyuis Hemilton niyə ailə qurmadığını izah edib

Yeddiqat dünya çempionu "Ferrari" pilotu Lyuis Hemilton bildirib ki, heç vaxt ailə həyatı qurmamasının səbəbini açıqlayıb.

İdman.biz-in xəbərinə görə, pilot bunu "Formula-1"ə olan sevgisi ilə izah edib.

"Mənim prioritetlərim "Formula-1"ə olan sevgimə əsaslanırdı. Həyatımın sevgisi "Formula-1"dir. Mən bu işi demək olar ki, hər şeydən çox sevirəm", - deyə o, bildirib.

Xatırladaq ki, Lyuis Həmilton sentyabrın 5-dən 7-dək Monzada keçirilən İtaliya Qran-prisində altıncı olub. İngilis pilot 117 xalla "Formula-1" pilotlarının turnir cədvəlində altıncı yeri tutur.

İdman.biz