Formula-1: 2026-cı il üçün sprint yarışlarının TƏQVİMİ

Xəbərlər
16 Sentyabr 2025 15:47
49
Formula-1: 2026-cı il üçün sprint yarışlarının TƏQVİMİ

Formula-1 və FIA 2026-cı il mövsümündə keçiriləcək sprint yarışlarının təqvimini açıqlayıb.

İdman.biz xəbər verir ki, növbəti mövsümdə altı sprint həftəsonu təşkil olunacaq.

Siyahıya Şanxay, Mayami, Monreal, Silverstoun, Zandvort və Sinqapur daxildir. İlk dəfə olaraq Kanada, Niderland və Sinqapur sprint yarışlarına ev sahibliyi edəcək.

FIA prezidenti Məhəmməd bin Sulayem bildirib ki, sprintlər artıq çempionatın ayrılmaz hissəsinə çevrilib: “Bu format azarkeşlərə daha dinamik mübarizə və hər həftəsonunda əlavə rəqabət bəxş edir. 2026-cı ildən qüvvəyə minəcək yeni texniki reqlamentlərlə birlikdə sprintlərin təqvimə daha çox rəng qatacağına inanırıq”.

2026-cı ilin sprint təqvimi:

13–15 mart - Çin, Şanxay

1–3 may - ABŞ, Mayami

22–24 may - Kanada, Monreal

3–5 iyul - Böyük Britaniya, Silverstoun

21–23 avqust - Niderland, Zandvort

9–11 oktyabr - Sinqapur

İdman.biz