"Maklaren" komandasının rəhbəri Andrea Stella komandasının Montsadakı çətinlikləri bildiyini və əvvəlki yarışlarda olduğu kimi üstünlük gözləmədiyini deyib.
İdman.biz bildirir ki, İtaliya Qran Prisində "Maklaren"li pilotlar Lando Norris və Oskar Piastri ən yaxşı temp nümayiş etdirən "Red Bull"lu Maks Ferstappendən geridə qalaraq ikinci və üçüncü yeri tutublar.
"Etiraf etməliyəm ki, Macarıstan və Zandvortda olduğu kimi hegemonluq etməyəcəyimizi gözləyirdik. Burada da rəqiblərlə aramızda eyni fərqin olacağını fikirləşmirdik, amma hamı kimi sürətli ola biləcəyimizi düşünürdük. Lakin sıralanma mərhələsində "Red Bull" bizdən 0,1-0,2 saniyə sürətli oldu. Onlar yarışda tempi bir az da artırdılar. Bu temp də Ferstappenə kifayət etdi ki, Landonu ötüb ilk mərhələdən böyük fərq yaratsın", - Stella deyib.
İdman.biz