Formula-1: Fernando Alonsodan 21 mövsümlük tarix

Xəbərlər
2 İyun 2025 21:44
77
Formula-1: Fernando Alonsodan 21 mövsümlük tarix

İspaniyalı pilot Fernando Alonso Formula-1 tarixinə düşüb.

İdman.biz xəbər verir ki, o, dünya çempionatının 21 mövsümündə xal qazanmağı bacarıb.

Formula-1-də 2001-ci ildə "Minardi" komandasında debüt edən Alonso xal zonasında düşə bilməyib. Bundan sonra "Reno"ya keçən ispaniyalı pilot 2003-cü ildən 2018-ci ilədək aktivinə xal yazdırıb. Həmin ildə turniri tərk edən Fernando 2021-ci ildə geri dönüb. 43 yaşlı dünən keçirilən İspaniya Qran-prisində 9-cu yeri tutaraq xal qazandığı mövsümlərin sayını 21-ə yüksəldib.

Qeyd edək ki, Alonso 2012-ci ildə 278 xalla özünün rekord nəticəsinə imza atıb. Fernando "Reno"nun heyətində 2005-2006-cı illərdə iki dəfə dünya çempionu olub.

İdman.biz