“Hər ikimizin xal qazandığımız Bakı həftəsonundan sonra komanda Sinqapurdakı tura hazırlaşarkən əla əhval-ruhiyyədədir”.
İdman.biz xəbər verir ki, bunu “Williams”ın pilotu Aleksandr Albon deyib.
O bildirib ki, komandanın piotları Azərbaycan Qran-Prisində əldə etdikləri uğurun üzərində dayana biləcəyini gözləyir: “Sinqapurdakı yarışın Bakı ilə müəyyən oxşarlıqları var, lakin səthi daha qeyri-bərabərdir. Sinqapurda hava çox istidir, ona görə də bizi mövsümün ən çətin yarışlarından biri gözləyir. Həftəsonu məqsədimiz Bakıda əldə etdiyimiz uğuru artırmaq və əlavə təkmilləşdirmələr almış avtomobilin davranışını daha yaxşı başa düşməkdir”.
Qeyd edək ki, “Williams”ın pilotları Aleks Albon və Franko Kolapinto Bakıda mövsümün ilk 16 mərhələsindən daha çox xal qazanıblar.
İdman.biz