Keti Perri bu axşam Bakıda səhnəyə çıxacaq

25 Sentyabr 2026 14:16
93
Keti Perri bu axşam Bakıda səhnəyə çıxacaq

Keti Perri bu axşam Bakı Kristal Zalının səhnəsini coşduracaq.

İdman.Biz xəbər verir ki, dünya şöhrətli pop ulduzu “Roar”, “Firework”, “Dark Horse” və digər məşhur hitləri ilə minlərlə “Formula-1” azarkeşinin qarşısına çıxacaq.

Bu dəfə Bakı Şəhər Halqasında eşidilən mühərrik səslərinə dünya pop səhnəsinin ritmləri də qoşulacaq.

Keti Perrinin konserti 10-cu yubiley Azərbaycan Qran-prisinin əyləncə proqramının ən çox gözlənilən gecələrindən biridir. Minlərlə azarkeşi bir araya gətirəcək şou yarış həftəsonuna yeni enerji qatacaq.

Gün ərzində “Formula-1” həyəcanı Bakı Şəhər Halqasında yaşanacaq, axşam isə bütün diqqət Bakı Kristal Zalına yönələcək. Bu gün Bakıda sürətə bir də Keti Perrinin musiqisi qoşulur.

İdman.Biz
Məqalədə: