“Alpin”in fransalı pilotu Pyer Qasli “Formula-1” üzrə İtaliya Qran-prisinin təsnifat mərhələsində ən yaxşı nəticəni göstərib.
İdman.Biz xəbər verir ki, Montsa avtodromunda keçirilən sıralama turunda Qasli karyerasında ilk dəfə İtaliya Qran-prisində qalib oldu.
“Mersedes”in britaniyalı pilotu Corc Rassell ikinci, “Maklaren”dən Oskar Piastri isə üçüncü yeri tutub. Çempionatın lideri Kimi Antonelli (“Mersedes”) yeddinci olub.
Qeyd edək ki, əsas yarış sentyabrın 6-da Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
