Maks Ferstappen Avstriya Qran-prisində qəza törədib - VİDEO

7 Mart 2026 10:40
113
Maks Ferstappen Avstriya Qran-prisində qəza törədib - VİDEO

"Red Bull" komandasının pilotu, dördqat dünya çempionu Maks Ferstappen Avstriya Qran-prisinin birinci mərhələsində qəza keçirib.

İdman.Biz xəbər verir ki, pilot ilk sürətli dövrədə trasdan çıxaraq bolidini divara çırpıb. Hadisədən sonra sessiya qırmızı bayraqlarla dayandırılıb.

Qeyd olunur ki, niderlandlı sürücünün avtomobili trayektoriyadan çıxaraq idarəetməni itirib. Ferştappen özü isə bildirib ki, qəza zamanı arxa təkərlər bloklanıb.

İdman.Biz
Məqalədə: