Fernando Alonso: “Hələ də “Formula-1”dən zövq alıram”

Xəbərlər
29 Dekabr 2025 20:24
37
Fernando Alonso: “Hələ də “Formula-1”dən zövq alıram”

İkiqat “Formula-1” çempionu və “Aston Martin” pilotu Fernando Alonso ilk çempionluğunu xatırlayıb.

İdman.Biz bildirir ki, Alonso ilk dəfə 2005-ci ildə çempion olub.

“Karyeramın ilk ili idi. Hər Qran-priyə real təzyiq altında gəldim. Çalışmalı idim. Ona görə yarışdan yarışa inkişaf edirdim, əlimdən gələni etməyə çalışırdım, amma 2005-ci ildə konkret bir məqsədim var idi - ilk dəfə titul uğrunda mübarizə aparırdım. Maşın çox yaxşı idi və bu, hər kəs üçün vacib idi. Bu, həmişə işləri sadələşdirir və yaxşı atmosfer yaradırdı.

O vaxtlar qaydalar fərqli idi, yalnız bir dəst təkər və yanacaq doldurma var idi ki, bu da yarışı həyəcanlı edirdi. Üstəlik, biz nəhənglərlə - “McLaren”lə yarışırdıq. Onlar bir az daha sürətli idilər, amma etibarlılıq problemləri var idi. Hər fürsətdən istifadə etməkdən narahat idim, çünki bəzi həftəsonları xal itirəcəyimizi bilirdik. O illər çox tez keçdi, çünki onlar həmişə o gözəl mövsümlərin davamı idi. Buna görə də hələ də yarışıram. Hələ də “Formula-1”dən sanki 2005-ci ildəki kimi zövq alıram”, - Alonso deyib.

İdman.Biz