“Mclaren” Lando Norrisin cəzasını ləğv edib

Xəbərlər
24 Oktyabr 2025 03:02
68
“Mclaren” Lando Norrisin cəzasını ləğv edib

“McLaren”in “Formula 1” komandası Sinqapur Qran-prisində komanda yoldaşı Oskar Piastri ilə baş verən qəzadan sonra britaniyalı pilot Lando Norrisə tətbiq edilən “nəticələri” aradan qaldırıb.

İdman.Biz xəbər verir ki, bu barədə məlumatı “The Race” yayıb.

Əvvəllər xəbər verildiyi kimi, komanda Piastriyə mövsümün qalan hissəsinə vəsiqə qazanmaq üçün öz pit sırasını seçmək hüququ verən yeni bir qayda tətbiq etmişdi.

Lakin, ABŞ Qran-prisində sprintdəki qəzadan sonra komanda Norrisin cəzasını qaldırmaq qərarına gəlib. Bundan sonra komanda pit sırasını yarışdan yarışa dəyişən əvvəlki sistemə qayıdacaq.

İdman.Biz