“Vest Hem” Qraham Potterlə yollarını ayırdı

Xəbərlər
27 Sentyabr 2025 15:10
33
“Vest Hem” Qraham Potterlə yollarını ayırdı

İngiltərə Premyer Liqasında çıxış edən “Vest Hem” futbol klubunun baş məşqçisi Qraham Potter vəzifəsindən azad edilib.

İdman.biz xəbər verir ki, klub rəhbərliyi komandada istənilən nəticələrin əldə olunmaması səbəbi ilə bu qərarı verdiyini açıqlayıb.

“Vest Hem”in gələcəkdə baş məşqçi vəzifəsinə hansı namizədi gətirəcəyi rəsmi olaraq hələ açıqlanmayıb.

Qeyd edək ki, bu dəyişiklik klub üçün yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

İdman.biz