Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Komitəsi (PFDK) “Fənərbaxça”ya və klubun sabiq prezidenti Ali Koça cəza verib.
İdman.biz xəbər verir ki, komitənin qərarına əsasən, Ali Koç futbolun nüfuzuna zərər verən açıqlamalarına görə 15 gün müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb və 2 milyon TL (təxminən 82 min AZN) cərimələnib.
Bundan əlavə, “Fənərbaxça” - Alanyaspor" matçındakı azarkeş davranışları və stadion insidentlərinə görə kluba 620 min TL (təxminən 26 min AZN) pul cəzası və tribunalara qismən bağlanma sanksiyası tətbiq olunub.
Qeyd edək ki, “Fatih Karagümrük” isə “Başakşehir”lə oyunda qayda pozuntusuna görə 220 min TL (təxminən 9 min AZN) cərimə ilə üzləşib.