Tyerri Anri: “Qarabağ”dan sürpriz gözləyirəm"

Xəbərlər
16 Sentyabr 2025 13:40
59
Tyerri Anri: “Qarabağ”dan sürpriz gözləyirəm"

“Bu gün iki komandadan sürpriz gözləyirəm. Bunlar "Qarabağ" və "Marsel"dir. Düşünürəm ki, onlar bir xal qazana bilərlər”

İdman.biz xəbər verir ki, bunu “Arsenal” və “Barselona”nın sabiq futbolçusu Tyerri Anri “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində səfərdə Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşmasından danışarkən deyib.

"CBS Sports" telekanalının ÇL-ə həsr olunmuş xüsusi buraxılışında ekspert qismində çıxış edən Anri Ağdam təmsilçisinə inamlı oyun nümayiş etdirəcəyinə inadığını vurğulayıb. O, “Qarabağ”ın bugünkü oyunda xal qazana biləcəyini istisna etməyib.

Qeyd edək ki, “Benfika” – “Qarabağ” və “Real” (Madrid) – “Marsel” oyunları bu gün saat 23:00-da start götürəcək.

İdman.biz