Enso Mareska: “Çelsi” Çempionlar Liqasına görə diqqətini yayındırmır”

Xəbərlər
14 Sentyabr 2025 17:46
40
Enso Mareska: “Çelsi” Çempionlar Liqasına görə diqqətini yayındırmır”

“Çelsi”nin baş məşqçisi Enso Mareska Premyer Liqada xal itkisini Çempionlar Liqasında keçirəcəkləri oyunla əlaqədar səslənən iddiaları rədd edib.

İdman.biz xəbər verir ki, şənbə günü “zadəganlar” səfərdə “Brentford” qarşısında qələbəni əldən veriblər.

Ev sahibləri Kevin Şadenin qolu ilə hesabı açsa da, 60-cı dəqiqədə Koul Palmer bərabərlik gətirib. Matçın sonlarına yaxın Moyses Kaysedo “Çelsi”ni irəli çıxarıb, amma əlavə vaxtda Fabio Karvalyo meydan sahiblərinə 2:2 hesablı heç-heçə qazandırıb.

Mareska açıqlamasında rotasiyaların “Bavariya” ilə qarşılaşmaya görə deyil, futbolçuların fiziki durumu ilə bağlı olduğunu vurğulayıb: “Xeyr, qətiyyən. Coao Pedro özü dedi ki, tam hazır deyil. Əgər mən "Bavariya"nı düşünsəydim, o, meydanda olmayacaqdı. Amma o, oynadı, çünki diqqətimiz sırf bu oyundaydı. Qarşıda çox matçlarımız var və biz daim müxtəlif variantlar axtarmaq məcburiyyətindəyik”.

Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu sentyabrın 17-də Münhendə “Bavariya”ya qarşı keçirəcək. Sentyabrın 20-də isə komanda “Old Trafford”da “Mançester Yunayted”in qonağı olacaq. London klubu, həmçinin Çempionlar Liqasının qrup mərhələsində noyabrın 5-də Bakıda “Qarabağ” klubu ilə də qarşılaşacaq.

İdman.biz