Qavinin zədəsi ilə bağlı son durum

Xəbərlər
13 Sentyabr 2025 17:58
26
Qavinin zədəsi ilə bağlı son durum

“Barselona”nın yarımmüdafiəçisi Qavi təxminən altı həftə yaşıl meydanlardan kənarda qalacaq.

İdman.biz "Marca"ya istinadən xəbər verir ki, futbolçu məşq zamanı dizindən aldığı zədədən sonra hazırda konservativ müalicə alır.

Lakin onun yenidən əməliyyat olunması ehtimalı da açıq qalır. Həkimlər hələlik cərrahi müdaxilədən yayınmağa çalışırlar. Son qərar isə növbəti həftə, müalicənin gedişatından asılı olaraq veriləcək.

Futbolçunun oktyabrın 26-da “Real”a qarşı oyunda iştirakı real görünmür. Əməliyyat olunacağı təqdirdə Qavinin bərpası təxminən altı həftə çəkəcək.

İdman.biz