"Bu klub məni həmişə valeh edib. Ətrafımdakı hər şey təsiredicidir: məşq mərkəzi, stadion - hər şey sadəcə fantastikdir".
İdman.biz xəbər verir ki, bunu italiyalı qapıçı Canluici Donnarumma yeni klubu - "Mançester Siti" haqda danışarkən deyib.
Ulduz qapıçı klubda hər şeyin möhtəşəm olduğunu vurğulayıb: "Gözlərinizlə görməyincə, bir klub üçün hansı dəyərlərin vacib olduğunu başa düşə bilməzsiniz. Buradakı binalar və heyət möhtəşəmdir, ona görə də mən "Mançester Citi"də olmaqdan qürur duyuram və seçimimdən məmnunam. Ümid edirəm ki, bu klubda çoxlu kuboklar qazana biləcəm - bu, mənim hədəfimdir”.
Qeyd edək ki, Donnarumma cari yay transfer pəncərəsində "Mançester Siti"yə keçib. İtaliyalı ötən mövsüm PSJ ilə Fransa çempionu titulunu qazanıb, həmçinin Fransa kubokunun və Superkubokunun sahibi olub. O, eyni zamanda Çempionlar Liqasının kubokunu əldə edib və Klublararası Dünya Çempionatının finalına çıxıb.
İdman.biz