“Sabah”ın məşqçilər korpusunda AYRILIQ

Xəbərlər
11 Sentyabr 2025 12:49
50
“Sabah”ın məşqçilər korpusunda AYRILIQ

“Sabah”ın məşqçilər korpusunda ayrılıq yaşanıb.

İdman.biz AZƏRTACA-a istinadən xəbər verir ki, qapıçılar üzrə məşqçi Aleksey Antonyuk postunu tərk edib.

Rusiyalı çalışdırıcı həmyerlisi Vasili Berezutskinin dəvəti ilə ötən ilin dekabrında “tələbələr”ə qoşulmuşdu. Berezutski vəzifəsindən ayrılsa da, o, Azərbaycandakı işini davam etdirirdi.

Qeyd edək ki, 41 yaşlı mütəxəssis bundan sonra ölkəsinin “Soçi” komandasında işləyəcək.

İdman.biz