"Karvan-Yevlax"ın baş məşqçisi: "Rəhmanla Ceyhun az şans qazanacaqlarını düşünürdülər"

Xəbərlər
11 Sentyabr 2025 13:27
37
"Karvan-Yevlax"ın baş məşqçisi: "Rəhmanla Ceyhun az şans qazanacaqlarını düşünürdülər"

Rəhman Şabanovla Ceyhun Bağırov "Karvan-Yevlax"da az şans qazanacaqlarını düşündükləri üçün komandadan ayrılıblar.

İdman.biz xəbər verir ki, bunu "Report"a bölgə təmsilçisinin baş məşqçisi Azər Həşimov deyib.

O, futbolçuların getdiyi klubları da açıqlayıb: "Rəhman Şabanovla Ceyhun Bağırov "Karvan-Yevlax"da az şans qazanacaqlarını düşünürdülər. Bu səbəbdən daim oynaya biləcəkləri komadalara getdilər. Ceyhun "Qəbələ"nin akademiyasına, Rəhman isə "Zaqatala" komandasına keçdi".

Baş məşqçi Yevlax komandasının durumu və növbəti matça hazırlığı ilə bağlı da danışıb: "Hazırlığımız normal davam edir. "Qarabağ"la oyundan sonra futbolçulara istirahət verdik. Çalışmaları davam etdiririk. Üç gündən sonra "Şamaxı" ilə qarşılaşacağıq. Komanda oyuna yaxşı hazırlaşır".

O, heyətdə ciddi itkilər olmadığını söyləyib: "Heyətdə hər şey qaydasındadır. Ciddi itki, zədəlilər yoxdur. Yalnız "Qarabağ"la oyundan sonra Coy Sleyd Mikelsin dizində mikrozədə yaranıb və hazırda müalicəsi davam edir. Qalan futbolçuların durumu normaldır".

Qeyd edək ki, "Karvan-Yevlax" Misli Premyer Liqasının IV turunda səfərdə "Şamaxı" ilə qarşılaşacaq. Görüş sentyabrın 14-də Şamaxı şəhər stadionunda, saat 16:30-da start götürəcək.

İdman.biz