“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan Fransa millisinin sükanı arxasına keçməyə hazırlaşır.
İdman.biz xəbər verir ki, bu barədə "L’Equipe" portalı məlumat yayıb.
53 yaşlı mütəxəssis 2026-cı il dünya çempionatından sonra Didye Deşamı Fransa yığmasının baş məşqçisi postunda əvəzləməyi planlaşdırır.
Zidan Liqa 1-i izləyir, Avropa və digər çempionat oyunlarını izləyir, çoxlu qeydlər aparır. Onun artıq Fransa millisinin gələcək oyun üslubu barədə fikirləri olduğu bildirilir.
Qeyd edək ki, Deşam daha əvvəl 2026-cı il mundialının onun üçün milli komanda ilə son turnir olacağını açıqlayıb.
İdman.biz