Neymar “Santos”un süni örtüklü meydanlardakı oyunlarını buraxacaq

Xəbərlər
9 Sentyabr 2025 09:36
45
Neymar “Santos”un süni örtüklü meydanlardakı oyunlarını buraxacaq

Braziliyanın “Santos” klubunun hücumçusu Neymar süni örtüklü meydanlarda keçiriləcək oyunlarda iştirak etməyəcək.

İdman.biz "Jornal A Tribuna"ya istinadən xəbər verir ki, ulduz futbolçunun süni ot örtüyündə yıxılması ciddi risk daşıyır.

Bildirilib ki, süni örtük onun diz və oynaqlarında güclü ağrılar yaradır və bu, ağır zədələrə səbəb ola bilər.

Qeyd edək ki, bu ilin yanvarında “Santos”a qoşulan Neymarın müqaviləsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulub. İndiyədək braziliyalı hücumçu bütün turnirlərdə 22 oyuna çıxıb, 6 qol vurub, 3 məhsuldar ötürmə edib.

İdman.biz