"Neftçi"nin keçmiş baş məşqçisi Albaniya klubunda

Xəbərlər
8 Sentyabr 2025 18:26
51
"Neftçi"nin keçmiş baş məşqçisi Albaniya klubunda

"Neftçi"nin keçmiş baş məşqçisi Roberto Bordinin yeni iş yeri müəyyənləşib.

İdman.biz-in Sportnet.az-a istinadən məlumatına görə, italiyalı mütəxəssis Albaniya "Tirana"sının sükanı arxasına keçib.

O, yeni vəzifədə Vangel Maylı əvəzləyib. 39 yaşlı Mayl "Tirana"da cəmi 2 tur duruş gətirə bilib. Bu oyunlarda komanda bir heç-heçə, bir məğlubiyyət alıb.

Bordin isə 2018-ci il iyunun 8-dən 2020-ci il yanvarın 18-dək "Neftçi"nin baş məşqçisi olub.

Qeyd edək ki, Roberto Bordin ötən mövsüm də Albaniyada çalışıb. O, 18 oyunda "Elbasan"a rəhbərlik edib. "Tirana" 26 qat Albaniya çempionudur.

İdman.biz

Məqalədə: