“Trabzonspor” Onananı heyətinə qatır

Xəbərlər
7 Sentyabr 2025 15:43
39
“Trabzonspor” Onananı heyətinə qatır

Türkiyənin “Trabzonspor” klubu "Mançester Yunayted”in qapıçısı Andre Onananı heyətinə qatmağa yaxındır.

İdman.biz xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Bildirilir ki, kamerunlu qolkiperlə razılıq əldə edilib.

Onana tibbi müayinədən keçmək üçün yaxın günlərdə Trabzona gələcək.

Qeyd edək ki, “qırmızı şeytanlar” qapıçını 2023-cü ildə “İnter”dən transfer edib. Onun keçidi üçün İtaliya klubuna 50,2 milyon avro ödənilib.

İdman.biz