"Ölkə xaricində olduğum üçün oyuna baxa bilməmişəm".
İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.
Keçmiş yarımmüdafiəçi yığmanın DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya beş cavabsız qolla uduzması barədə danışıb: "Qarşılaşma haqqında çox söz deyə bilmirəm. Yalnız hesabdan xəbərim var. Acınacaqlı məğlubiyyətdir. Düşünürəm ki, bu futbolçuların potensial nəinki qrupdan çıxmaq, heç-heçə etmək üçün də çatmır. Əvvəl söyləmişəm, bu gün də deyirəm: bu potensialda olan komanda ilə yerli mütəxəssis işləməlidir"
Sultanov baş məşqçi Fernandu Santuşun komandadakı taleyi barədə də danışıb: "Santuş istefa verməyəcək. AFFA-nın onu göndərməsini gözləyəcək ki, təzminat ala bilsin. Çox şey deyə bilmirəm. Çünki ağırdır. Bundan sonrakı oyunlarımız daha çətin olacaq. Komandamıza uğurlar arzulayıram. Bu, bizim millimizdir".
İdman.biz