Luçesku milli komandanın məşqçiləri arasında yeni rekord müəyyənləşdirib

Xəbərlər
6 Sentyabr 2025 07:11
49
Luçesku milli komandanın məşqçiləri arasında yeni rekord müəyyənləşdirib

Rumıniya milli futbol komandasının baş məşqçisi Mirça Luçesku milli komandaların ən yaşlı məşqçisidir.

İdman.biz bildirir ki, sentyabrın 5-də onun komandası Kanada millisi ilə yoldaşlıq görüşündə 0:3 hesabı ilə məğlub olub.

Oyun zamanı Luçeskunun yaşı 80 il, bir ay yeddi gün olub. Beləliklə, rumıniyalı mütəxəssis 1997-ci ildə Uruqvay millisinə rəhbərlik etmiş Roke Maspoliyə məxsus milli komanda məşqçiləri arasında yaş rekordunu qırıb. Belə ki, Ekvadorla Uruqvayın oyununda Maspolinin yaşı 80 il, bir ay dörd gün olub.

Xatırladaq ki, Rumıniya millisi növbəti oyununu sentyabrın 9-da Kipr millisi ilə keçirəcək.

İdman.biz