"Çox çətin və ağır oyun olacaq".
İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiç deyib.
Keşmiş forvard bu gün DÇ-2026-nın seçmə mərhələsində baş tutacaq İslandiya - Azərbaycan matçı haqqında fikirlərini bölüşüb:
"Mən Azərbaycan millisinə inanıram. Komandada yaxşı oyunçuların olduğunu göstərməlidirlər. Bu gün rəqibi təəccübləndirmək lazımdır. Ümid edirəm ki, yaxşı oyun göstərəcəklər və müsbət nəticə qazanacaqlar".
Qeyd edək ki, bu gün baş tutacaq İslandiya - Azərbaycan oyunu saat 22:45-də start götürəcək.
İdman.biz