Fernandu Santuş: "Bura qələbə üçün gəlmişik" - VİDEO

Xəbərlər
4 Sentyabr 2025 21:58
66
Fernandu Santuş: "Bura qələbə üçün gəlmişik" - VİDEO

Komanda sabahkı oyuna çox həvəslidir. Hamı ilk oyundan yaxşı başlamaq istəyir.

İdman.biz Reykyavikdən bildirir ki, bu sözləri İslandiya ilə oyun öncəsi keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Fernandu Santuş deyib.

"Səfərdə oynayacağıq və İslandiya yerli azarkeşlər qarşısında uduzmamaq üçün hər şeyi edəcək. Rəqibi təhlil eləmişik, bütün xarakteristikalarını bilirik. Çox yaxşı təşkil olunmuş komandadır. Çox yaxşı mübarizə aparırlar. Topa çox yaxşı sahib olmaları var. Çalışırlar topa çox sahib olsunlar.

Bu müddət ərzində oyunçularıma İslandiya millisi haqqında kifayət qədər məlumat vermişəm. Onların da yeni baş məşqçiləri var. Sabah oyun çətin olacaq. İslandiya da qələbə qazanmağa çalışacaq. Azərbaycan da bura qələbə üçün gəlib", - baş məşqçi bildirib.

Portuqaliyalı mütəxəssis millinin futbolçularımız çox istəkli olduqlarını, oyuna tam şəkildə kökləndiklərini deyib: "Hər biri Azərbaycan xalqını qələbə ilə sevindirmək istəyir. Əminliklə deyə bilərəm ki, həm sabah, həm də qarşıdakı matçlarda futbolçularımız qələbə qazanmaq, tarix yazmaq üçün əllərindən gələni edəcəklər”.

İdman.biz