Erik ten Haq “Bayer”dən qovulmasına görə 5 milyon avroya yaxın kompensasiya alacaq.
İdman.biz xəbər verir ki, bu barədə "Sport Bild" məlumat yayıb.
Bundesliqa klubu mövsümün ilk iki turundan sonra baş məşqçini vəzifəsindən azad edib.
Ten Haqın “Bayer”lə müqaviləsi iyulun 1-dən qüvvəyə minib. Maaş və kompensasiyanı nəzərə alsaq, niderlandlı mütəxəssis Leverkuzen klubunda iki aylıq iş müddətində 6 milyon avroya yaxın pul qazanıb – gündə təxminən 100 min avro.
İdman.biz