"Qarabağ"ın rəqibi forvardını alman klubuna icarəyə verib

Xəbərlər
2 Sentyabr 2025 01:26
34
"Qarabağ"ın rəqibi forvardını alman klubuna icarəyə verib

Hücumçu Nikolas Cekson icarə əsasında "Çelsi"dən "Bavariya"ya keçib.

İdman.biz bildirir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.

Futbolçunun Almaniya komandası ilə icarə müqaviləsi bir mövsümlükdür.

Cekson 2023-cü ilin yayında "Vilyarreal"dan "Çelsi"yə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 81 matçda iştirak edib, 30 qol vurub və 12 məhsuldar ötürmə edib. Bundan əlavə, Nikolas Seneqal millisinin heyətində çıxış edir.

Hazırda "Bavariya" iki oyundan sonra altı xalla Bundesliqanın turnir cədvəlinə başçılıq edir.

Xatırladaq ki, “Çelsi” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibidir. Komandalar arasında görüş noyabrın 5-də Bakıda baş tutacaq.

İdman.biz