“Qarabağ”ın rəqibi “Leypsiq”dən hücumçusunu qaytarıb

Xəbərlər
1 Sentyabr 2025 23:18
40
“Qarabağ”ın rəqibi “Leypsiq”dən hücumçusunu qaytarıb

İtaliya çempionu və Ağdam təmsilçisi "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Napoli" rəsmi saytında "Leypsiq"in hücumçusu Elif Elması almaq opsionu ilə icarəyə götürdüyünü açıqlayıb.

İdman.biz bildirir ki, beləliklə, Şimali Makedoniya millisinin türk əsilli oyunçusu 2019-2023-cü illərdə çıxış etdiyi kluba qayıdır.

Elmasın "Leypsiq"lə müqaviləsi 2028-ci ilə qədərdir. 2023-cü ilin dekabrında o, "Napoli"dən ayrılaraq Bundesliqaya keçib. Neapolluların heyətində makedoniyalı bütün turnirlərdə 189 oyun keçirib və 19 qol vurub.

Elmas ötən mövsümə "Leypsiq"də başlayıb, Almaniya çempionatında cəmi 2 oyun keçirib və 2025-ci ilin yanvarında icarə əsasında "Torino"ya keçib. Turin komandasının tərkibində A Seriyasında 13 matçda 4 qol vurub.

Xatırladaq ki, “Napoli” Çempionlar Liqasının qrup mərhələsində Ağdamın “Qarabağ” klubunun rəqibidir. Görüş 5-ci tur çərçivəsində noyabrın 25-də Neapolda baş tutacaq.

İdman.biz