"Napoli" öz rəsmi saytında "Mançester Yunayted"in hücumçusu Rasmus Hojlundun satın almaq öhdəliyi ilə icarəyə götürüldüyünü açıqlayıb.
İdman.biz xəbər verir ki, danimarkalı oyunçu 2023-cü ilin avqustundan "qırmızı şeytanlar"da çıxış edir. İngiltərədə olduğu müddətdə o, 95 oyun keçirib, 26 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Ötən mövsüm Hojlund bütün turnirlərdə 52 oyun keçirib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun hazırkı bazar dəyəri 35 milyon avrodur.
Xatırladaq ki, İtaliya çempionu Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibidir. Komandalar noyabrın 25-də Neapolda üz-üzə gələcək.
İdman.biz