Minifutbol üzrə Çempionlar Liqasının püşkü atılıb.
İdman.biz xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil eədn "Birbaşa Bakı", "Zirə" və "AzNur" komandalarının rəqibləri bəlli olub.
"Birbaşa Bakı" "Srvena Zvezda" (Serbiya), "Portu" (Portuqaliya) və "Rımniku Vılça" (Rumıniya) komandaları ilə bir qrupda yer alıb.
"Zirə" "Red Mit Afula" (İsrail), "MF 22 Jakmart Humenne" (Slovakiya) və "Budapeşt" (Macarıstan) klubları ilə oynayacaq.
"Aznur"un rəqibləri isə "Almatı" (Qazaxıstan), "Ovyedo" (İspaniya) və "Hoverla Zak Praqa" (Çexiya) kollektivləri olacaq.
Qeyd edək ki, Çempionlar Liqası sentyabrın 17-dən 21-dək da Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək.
İdman.biz