Futbol klubları üçün yay transfer pəncərəsi başa çatır.
İdman.biz xəbər verir ki, kampaniya bir sıra maraqlı hadisələrlə yadda qalıb. Bu sırada Ebereçei Eze, Aleksandr İsak və Nikolas Ceksonun ətrafında cərəyan edənləri xüsusi qeyd etmək lazımdır.
Lakin kampaniyaya öz damğasını vuran İngiltərənin “Liverpul” klubunun xərcləridir. Transfer kampaniyasının son günündə “Kristal Pelas”dan Mark Qehi üçün 40 milyon, “Nyukasl” Aleksandr İsak üçün isə 150 milyon avro xərcləməklə “Liverpul” bu məbləği 500 milyon avroya çatdıra bilib. Jurnalist Fabrisio Romanonun məlumatına görə, İsak artıq sağlamlıq müayinəsindən keçib, lakin bu yay son anda hər şeyin dəyişə bildiyini dəfələrlə görmüşük.
Beləliklə, İsakın transferi rəsmiləşsə, “qırmzılar” 2023-cü ilin yayında “Çelsi”nin xərclədiyi 450 milyon avroluq məbləği keçəcəklər.
İdman.biz