"Barselona"nın ispaniyalı vingeri Lamin Yamal İspaniya çempionatının 3-cü turunda "Rayo Valyekano"ya qarşı matçın 40-cı dəqiqəsində penaltini qola çevirib.
İdman.biz "Squawka" statistik portalına istinadən xəbər verir ki, bununla da o, 21-ci əsrdə La Liqanın penalti zərbəsini dəqiq yerinə yetirən ən gənc futbolçusu olub.
Heç-heçə (1:1) başa çatana matç zamanı Yamalın yaşı 18 yaş 49 gün olub.
Qeyd edək ki, Kataloniya təmsilçisi növbəti oyununu sentyabrın 14-də evdə "Valensiya"ya qarşı keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
İdman.biz