“Araz-Naxçıvan”ın legioneri: “İnsanlar və şəhər mənə çox xoş gəlir”

Xəbərlər
28 Avqust 2025 11:36
47
“Araz-Naxçıvan”ın legioneri: “İnsanlar və şəhər mənə çox xoş gəlir”

“İlk qolumu vurduğum üçün çox sevincliyəm. Komandama fayda verə bildiyim üçün çox məmnunam və hər qələbəni kollektiv səylərimizin nəticəsi kimi görürəm”.

İdman.biz xəbər verir ki, bu sözləri Futbolinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın hücumçusu Ba-Muaka Simakala deyib.

28 yaşlı futbolçu Misli Premyer Liqasının başlanğıc mərhələsinin çətinliyindən danışıb: “İkinci turdakı oyunumuz asan olmadı. “Turan Tovuz” güclü rəqibdir, amma biz sadəcə öz oyun planımıza fokuslandıq və nəticədə istədiyimiz üç xalı əldə etdik. Bu uğur komandamız üçün böyük əhəmiyyət daşıyır və mən buna görə çox məmnunam”.

Simakala həmçinin komanda və şəhər haqqında da fikirlərini bildirib: “Buradakı insanlar və şəhər mənə çox xoş gəlir. Komandamız həm istəkli, həm də birgə işləyən bir kollektivdir. Futbola böyük həvəsim var və ümid edirəm ki, növbəti oyunlarda da uğur qazana biləcəyik. Hazırda bütün diqqətimizi qarşıdakı matçlara yönəldirik”.

Hücumçu yaxın gələcəkdəki oyuna da toxunub: “Növbəti matçımız “Qəbələ” ilə olacaq. Rəqib komandalar hələ tam tanış deyil, amma məşqçi analiz edəcək və mən də oyunda nəyə diqqət etməli olduğumu biləcəyəm”.

İdman.biz